Mobil MP3 Müzik Indir

Niye Öpüşürük?

İnsanlar niye öpüşürler? Bu haqda heç düşünmüsünüzmü? Çetin ki. Çünki öpüşmeyin en gözel tereflerinde biri de mehz budur ki, öpüşerken ağlına bu sual gelmir. Buna cavab tapmaq o qeder de asan deyil. Hamımız yaxınlarımızla görüşende yanaqdan öpüşürük. Biri de var sevgililer arasında, dodaq-dodağa ehtiraslı bir öpüş. İnsanların niye öpüşdükleri elme belli deyil. Bu haqda çoxlu nezeriyyeler, fikirler mövcuddur. Bezileri öpüşmeyi ilk canlı varlıqların ? primatların yemeyi ağızlarında çeyneyib bir-birlerine ötürmesiyle bağlayırlar. Sonra tekamüle uğramış insanda duyğular daha da inkişaf edib ? öpüş sevginin elametine çevrilib.
---
Dodaqlar derinin bir parçası deyil. Dodaqların rengi de derimizin renginden ferqlidir. Bir-birini seven bir cütlüyün bundan hezz aldığını inkar etmek olmaz. Yeqin ki, ibtidai icma dövründe yaşayan insanlar müasir dünyadan gelenlerin öpüşdüklerini gördükde onların bir-birlerini yediklerini sanarlar. Öpüşmek ve buna oxşayan davranışlar heyvanlarda da var. Meselen, şimpanzelerin insanlar kimi öpüşdükleri bellidir. Delfinler bir-birlerinin üzlerini ağızlarının içine alırlar, canavarlar bir-birlerinin dodaqlarını, itler sahiblerinin üzlerini yalayır. Demeli, öpüşmek canlıların bir-birlerini yaxşı hiss etmesine sebeb olur.
---
Tarixde öpüşmeyin hörmet elameti kimi ifade edilmesini de görürük. Roma imperatorları qabağındakına verdiyi önemi, bedeninin hansı hissesini öpmesine icaze vermekle belli edirdi. Meselen, önemli adamların imperatorun dodaqlarını, daha az önemlilerin ellerini, ehemiyyet vermediyi adamların ise ayaqlarından öpmeyine icaze verilirdi. Bele hesab edirler ki, kişiler arasında dodaq (ruslar), yanaq, elden öpmek hemin dövrden qalma enenedir. Öpüşmeyin sevginin ifadesi olaraq istifadesi tarixen yenidir. Öpmek hemişe anaların öz uşaqlarını şevqet gösterib öpmesi kimi özünü gösterib. Kişiyle qadının öpüşmesi hadisesi ilk defe 16-cı esr Fransasından başlyır. ?Fransız öpüşü? de mehz buradan yaranıb. Bu adet sonralar Avropanın diger hisselerine, elece de Rusiyaya yayılmış, sevginin ifadesi olaraq toy merasimlerinin de bir parçasına çevrilib.
---
İlk öpüşün çox önemli olması söylenilir. Bele hesab edirler ki, ilk öpüşün uğursuzluğu hemin münasibetin da uğursuz olması ile neticelenir. Çünki öpüş zamanı insan arasında ele bir enerji mübadilesi baş verir ki, bu mübadile başqa heç bir yolla gede bilmir.
---
...Çünki xeyirlidir Bugünkü tedqiqatçılar bele hesab edirler ki, tarix boyunca hörmet elameti olaraq bilinen öpüşmek hem de bioloji bir hadisedir. Aparılan tecrübelerden görünür ki, öpüşme vaxtı ağız ve dodaqlardakı sinirlerin işlemesi neticesinde ürek döyüntüleri artır, qan dövranı süretlenir, adrenalin ve xoşbextlik hormonlarının aktivleşir.
---
İngilterenin Lids Universitetinde aparılan araşdırmalarda bele neticeye gelibler ki, öpüşmek tekce romantizmle elaqedar deyil. Dodaq dodağa öpüşmek qadınların immunitet sistemini güclendirir ve irelide daha sağlam uşaqlar dünyaya getiren bir ana olurlar. Öpüşmenin qadınlarda xesteliklere qarşı müqavimet temin etdiyine inanan mütexessisler, eyni kişile öpüşen qadınların hamilelikde çox tehlükeli bir virus olan ve körpenin ölümüne ya da şikest doğulmasına getirib çıxaran Cytomegalovirus`a tutulmadıqlarını belli olub. Aparılan araşdırmalarda altı ay boyunca eyni kişiyle öpüşen qadınların daha güclü bedene sahib olduğu ortaya çıxıb.
---
Lids Universitetinden doktor Kolin Hendri ?Medikal Hipotez? jurnalında nümayiş olunan işinde ?Müeyyen bir kişinin sitomegal virusuna qarşı immunitet qazanmaq yene ağızdan ağıza xüsusile de kişiye göre daha qısa olan qadına tüpürcek axışı ile reallaşar. Altı ay boyunca müeyyen bir insanla öpüşmek bu bakteriyaya qarşı immunitet temin edir? deyir.
---
Öpüşün sekkiz faydası 1. Stresse qarşı yaxşıdır. İnusilin ve adrenalin artmasıyla, böyreküstü vezlerde stress hormonlarının azalmasına sebeb olur.
---
2. Ürek döyüntülerini artıraraq normal idman tempi sayılan deqiqede 110-a qaldırır.
---
3. Ciyerleri güclendirir. Adi halda deqiqede 20 defe nefes alırıqsa, öpüşen zaman bu say 60-qeder qalxa bilir.
---
4. Udqunmağa xeyirdir.
---
5. Qırışların düşmenidir. 3000-e qeder ezeleni herekete getirir ki, bu da deriye ve qırışlara çox xeyirdir.
---
6. Arıqladır. Tesevvür edin ki, bir saat öpüşende 500 yüz kalori itirirsiniz.
---
7. Peyvend kimidir. İmunitet sistemini güclendirir. Öpüşmeyin ruhu qanadlandırması da imunitet sistemini güclendirir.
---
8. Dişlərə xeyirdir. Tüpürcəyin dövranı sürətləni, diş minası güclənir.
---
İnsan öpüşdüyü zaman esebleri sakitleşir, derdlerinden bir müddetlik de olsa uzaqlaşır. Tesadüfi deyil ki, biz öpüşen zaman gözlerimizi yumuruq. Sanki bu dünyadan ayrılıb tamam başqa dünyalara uçuruq. elbette ki, öpüşen subyektler arasındakı münasibetin statusu da önemlidir. Ortada sevgi varsa, elbette ki, bu öpüş daha lezzetli, daha hezz verici olur.
---
The art of kissing- öpüşme seneti Çox adam fikirleşir ki, iki cür öpüşmek var: yanaqdan ve dodaqdan. Amma professor Viliyam Kana göre öpüşün 25 növü vardır. Öpüşün növlerine haqqında uzun iller boyunca araşdırmalar aparmış Uilyam Kanın öpüşme çeşidlerine marağı yeniyetme çağlarından başlayıb. Sevgilisi öpüşerken gözlerini bağlamadığından şikayet etmiş ve buna göre de Kan kitabxanaya gedib öpüşmeyin metodları haqqında kitab axtarmağa başlayıb. Bele bir kitabın olmadığını gördükde özü bu haqda araşdırmalar aparmağa başlayıb. İndi 44 yaşında olan Kan hele de subaydır, çünki öpüşünü tenqid eden ilk sevgilisini hele de bağışlamayıb. Beynelxalq öpüşme eksperti olaraq Kan o universitet senin, bu universitet menim deyerek gezib dolanır, mühazireler deyir, konfranslar keçirir. ?Öpüşmek mövzusunda öyrendiyim ilk şey odur ki, insanların üçde ikisi öpüşen zaman gözlerin açıq qalmasını düzgün hesab etmirler?- deyir Kan- ?İlk sevgilim o qeder de haqsız deyilmiş?.
---
Kanın araşdırması cinslerin arasında da müxtelif ferqlerin olduğunu ortaya çıxarıb. Meselen, qadınlar boyun ve qulaqdan öpülmekden kişilere nisbeten 10 defe daha çox hezz alırlar. Kişilerin en çox xoşladıqları öpüş ise ?Fransız öpüşü?dür. ?Kişiler ilk görüşden dillerini istifade etmekden çekinmirler?- yazır Kan. Kana göre, qadınlar erleri ve ya sevgilileri terefinden uzun müddet öpülmekden xoşlanırlar. Professor Viliyam Kanın kitabında ayrıntıları ile izah edilen 25 növ öpüşün içinde şirin öpüş, kepenek öpüşü kimi qeribe adlar var.
---
Professorun en sevimli öpüş stili ona bir telebesi terefinden anlatılan ?lip-o-suction? metodudur. esasen amerikanlar arasında yayılan bu öpüşün esas xüsusiyyeti cütlüklerden biri o birinin alt dodağını, digeri ise onun üst dodağını ?yemesidir?. ?Vakuum öpüşmesi?- partnyorun ağciyerlerindeki ve ağzındakı havanı soraraq çıxartmaq şeklinde olur. Axmaq bir şey kimi görsene biler, amma insanların 50 faizinin bunu heç olmasa bir defe sınaqdan keçirtdiklerini de nezere almaq lazımdır. ?Elektrikli öpüşme?- 30-40-cı illerde populyar olan bu öpüşmede, cütlükler ayaqlarını bir-birine sürterek bedenlerinde elektrik yaradırlar. Öpüşen zaman bu elektrik bir-birine keçir.
---
?Şeker öpüşü?- ağzınızdakı şeker ve ya şokoladı partnyorun ağzına ötürün. Müxtelif içilerden istifade ede bilersiniz, amma üst-başınızı berbad etmemek şertile. Professor öz kitabında bu kimi 25 çeşid öpüşü gösterir. elbette ki, siz öz fantaziyanıza göre yeni növler de keşf ede bilersiniz.
Əlavə Edilib: 15.04.2017 01:05
Oxunulub: 115 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler