Letifeler

-Əliş, get yat!
-Yuxum gəlmir…
-Yaxşı, uzan, gözlərini yum!
-Axı onda yatıram…
usaq-ana olar ozumu pencereden asagi atim
ana-derslerivi oxu sonra!!!
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
-Niyə gecikdin?
-Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
-Nə?
-Yazılmışdı ki qabaqda məktəb var yavaş gedin
Müəllim dərs zamanı uşaqlara deyir:
-Pulu boş yerə xərcləməyin. Atanız onu alın təri ilə qazanır.
Bir uşaq deyir:
-Mənim atam alın təri ilə qazanmır.
-Bəs o pulu haradan alır?
-Buzxanada işləyir.
Müəllim məktəbdə uşağın dəftərinə oğlunuz çox danışır yazıb evə yollayır. Atası bunu oxuyub aşağıdan yazır ki, bu nədir ki? Siz hələ anasını görməmisiniz)))
Biologiya dərsində müəllim şagirddən soruşur alma yeməyin insan üçün nə faydaları var. Şagid deyir almanı bilmirəm ancaq kök gözlərə xeyirdir MÜƏLLİM soruşur haradan bilirsən şagird isə cavabında deyir siz heç açqi taxan dovşan görübsüz
Bir gün narkoman yas məclisinə gəlir.Görür ki,molla bildiyində,bilmədiyində danışır.Mollanı ələ salmaq üçün deyir:Olar bir sual verim?Molla deyir ver.Narkoman deyir:Sübh o başdan durdum orucumu açım,gördüm orucum koda düşüb açılmır.Nece eleyim açım?Molla özün itirmədən cavab verir.Burda çətin heç nə yoxdur.Bir stəkan su,iki dənə xurma,dyez-yes.
erməni əsgəri AZƏRBAYCAN əsgərinə deyir:Nəyə görə sizdə ölənlər basdırılır,bizdə isə yandırılır?AZƏRBAYCAN əsgəri cavab verir:Çünki xəzinələr basdırılır,zibiller isə yandırılır
Oğlan:Sevgilim sən göydən düşmüş mələksən.
Qız:Ayyy çox sağol əzizim.
Oğlan:Amma baxan kimi bilinir ki,üzü üstə düşmüsən:))
-Kanka Ingilisce 1 ne?
-One
-Haha lan benim senden sordugum kabahet sen nerden bilesinki gerizekali..:)
Dayı avtovağzal hardadı? Ay
bala100 metr irəlidən ,200 metr
sağdakı,9 mərtəbəli binanan
üzbə-üz,5 mərtəbəli binanın,7-ci blokund
a ki ,24n-li mənzillə paralel,mənzilin ,mətbəxində ki çörək qabının ,icindəki tikə ÇörəyəAnd Olsun Bilmirem )
Bir gün biri gəlir həkimə:
- Həkim yaddaşımı itirirəm, kömək eləyin.
Həkim:
- Hm.. Tez-tez itirirsiniz?
Xəstə:
- Nəyi ay həkim?
Həkim:
- Yaddaşınızı
Xəstə:
- Yaddaş nədi?
Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?
Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
-Həkim, mənim arvadım dəli olub
-Hardan bilirsiz?
-evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.
Həkim:- sağlam olmaq üçün hər gün idman et
Kişi:- mən tennis,futbol,qolf oynayıram
Həkim:- gündə neçə saat?
Kişi:- telefonumun zaryatkası ölənə kimi...))
Qadın mağazada xalça seçir:
-mənə rahat bir xalça lazımdır,uşaq otağı üçün,çirkləndiyi tez bilinməyən
-neçə uşağınız var?
-altı
o....onda siz otağı asfaltlasanız daha yaxşı olar
Bir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki,axırda qız poçtalyonla evlənir..)
Bir kişi ayaqqabı dükanına girir. Satıcıdan soruşur ki sizde 43 razmer ayaqqabı var?
Satıcı heyrətə gəlir və deyir:
-siz bu ayaqqabını kim üçün alırsız ve onun yaşı neçədir?
kişi cavabında deyir: mənim oğlumdur və altıda oxuyur.Satıcı deyir indi onun ayaq razmeri 43 olarsa 11-ci sinifdə neçə olar?
Kişi cavabında deyir ki siz narahat olmayın o qələt edir 9-dan çıxaracam
Həkim xəstədən soruşdu Baxin bunu bilmək mənim üçün çox vacibdir.Həyatınızda çəkiniz ən çox olanda neçə kilo idiniz xəstə cavab verir doxsan doqquz kilo .Bəs ən aşağı olanda üç kilo yeddi yuz əlli qram.
O biri dünyada iki kişi bir-biriynən rastlaşır.
Kişi soruşur?
-nece oldu ki,öldün?
O biri kişi cavab verir.
-Bir gün mənə işdə zəng eləyib deyirlər ki,arvadın sənə xəyanət edir məndə işdən çıxıb evə gəlib görürəm ki,evde heç kim yoxdu arvadım yemek bişirir sevincdən ürəyim partlayir ölurəm.Bu biri kişi deyir:
-kül başına soyuducunu açsaydın nə mən öləcəkdim nədə ki sən.
Bir gün qızla oğlan bulvarda gəzir və bu anda qız deyir. Mənə çox soyuqduyee. Oğlan deyir: şükür Allaha mən qalın geyinmişəm.
Bir gün oğlan bir maqazinə girib deyir: çörəyiniz var?
satıcı cavab verir:hə var
oğlan soruşur ki çörəyiniz təzədi?
satıcı cavab verir ki hə təzədi
oğlan cavab verir:mübarəkdi..
Fayiq Ağayev küçədə yeni klipi üçün qız axtarır
-bu olmaz,o da olmaz,haa tapdım bədəni,saçları hamısı yerində.Yaxınlaşır üzünə baxır-eh Samir sənsən mən də sevinmişdim..
Tələbəyə dərsdə zəng gəlir
-müəllim qapının ağzına dəyib gəlirəm
- olmaz icazə vermirəm!!
icazə istəmədim,dedim xəbərin olsun.....
Bir gün qız bir oğlanla mırtlaşır.Oğlan deyir:
-Məni ələ salmısan?
Qız deyir:
-İstəyirsəsə ayaq altına da salım.
:)
Bir gün molla deyir:Ay camaat qızlarınıza fikir verin,mini geyinirlər,döymə döydürürlər.
Adamlardan biri:sənin qızında elədirdə
Molla:adamın başının üstündə Allah var.Mənim qızıma yaraşır
Bir kişi polise zeng edib deyir:ay polis burda 500 ölü var polis deyir: harda? Kişi deyir :qebirstanlıqda ")
Bir gün Mirzə Ələkbər Sabir bir kişinin qapısını döyür.Kişi deyir:Kimdi? M.Ə.Sabir deyir:Mirzə Ələkbər Sabir girmək olar?Kişi deyir:Girin amma bir-bir.
Bir gün Bülbül adlı bir kişi bir adamın evinin qapısını döyür.Ev sahibi deyir:Kimdir.Kişi deyir Bülbül.Evsahibi deyir:İndi qışdı get yazda gələrsən.
Bir gün dəlixanadan iki dəlini buraxırlar.Sonra bu dəlilər gölə tərəf gedirlər.Sonra xəbər gəlir ki,dəlilərdən biri ölüb.Bütün yaxınları onun ölümünün necə baş verdiyini araşdırır.Sonra o biri dəlidən soruşurlar ki,yanındakı dəli necə ölüb?Dəli deyir:Gölə üzməyə getmişdi.Sonra çıxanda islanmışdı.Daha sonra onu asdımki qurusun.
-Atan işliyir?
-Həə,işdiyir nə olub?
-Xarab olanda gətir düzəldim
Bir gün Mamed maqazinə gəlir və deyir:
Sizdə kişmiş var?
-Satıcı deyir yox
Mamed deyir ki, sizdə kişmişli çörək var?
Satıcı deyir var
Mamed deyir: yarım kilo dənləyin....))
Proqramçı universiteti bitirib işə düzəlir.
Menecer soruşur.
-Siz güclü proqramçısınız ?
-Necə yəni...
-Yəni güclüsünüz?
-Ümumiyyətlə bəli!
-Onda kompüterlərin daşınması ilə məşğul olarsan!
Bir gün bir kişinin evi yanır.Kişini xəstəxanaya aparırlar.Həkim kişinin əlini qaldırır,xəstə deyir əlim ağrıdır,həkim kişinin ayağını qaldırır xəstə deyir ayağım ağrıyır.Həjkim deyir sən yanmısan yoxsa sınmısan?
-xəstə deyir:məni söndürəndə lapatkaynan söndürüblər
Dəlilər vedrədən balıq tuturdu.Biri isə oturmuşdu.Müdir elə bildiki bu dəli ağıllanib.Gedib ondan soruşdu ki,sən niyə balıq tutmursan?
Dəli dedi:Onlar getsin mən tor atacam..))
Bir oğlan aptekə gəlib hiçqırıq dərmanı istəyir.Elə bu zaman satıcı ona bir şillə vurur.Oğlan təəccüblə satıcıya baxıb deyir:Emi məni niyə vurduz?
Kişi dedi:Hıçqırıq dərmanı istəmirdin?Həə dəəə.....Daha hıçqırmayacaqsan!!
Oğlan dedi:mən dərmanı qardaşım üçün istəyirdim..
oğlan qıza padxod edir:
-sevgili yarım gələcək,nazlı nigarım gələcək.
qız deyir:
-indi birini qoyacam təcili yardım gələcək
2 qoyun yol ilə gedirdi.Qoyunun biri deyir:"məəəəəə".O biri deyir:sən öl məndə onu diyəcəydim
Bir gün iki dəli yolla gedirmiş. Hər ikisi bərk susamışdı. Dəlilərdən biri deyir:
- sen get su iç. Mənim əvəzimdə də içərsən.
O biri dəli gedir su içir və gülə-gülə qayıdır.
Birinci dəli soruşur:
- niyə gülürsən?
Su içməyə gedən dəli deyir:
- Öz yerimə bulaq suyu içdim, sənin yerinə kanalizasiya suyu.
Həkim xəstələrindən birinə zəng vuru və aralarında keçən dialoq :
Həkim : - Sənə bir pis birdə çox pis xəbərim var. Birinci hansını deyim?.
Xəstə : - İlk öncə pis xəbəri deyin..
Həkim : - Analizlərinizin cavabı çıxıb sizin 24 saat ömrünüz qalıb..
Xəstə : - Bəs ən pis xəbər nədi?
Həkim : - Dünəndən bəri yığıram telefonunuza zəng çatmırdı..
Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur: «Dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim.
Bir gün balıqçı suya tor atır. tora qızıl balıq düşür.
Qızıl balıq deyir:məni azad et sənin üç arzunu yerinə yetirim
Balıqçı razılaşıb deyir:
Ya Allah 1-ci arzum mənə 1 dənə 07 ver
Balıq verir
Balıqçı bir dənə də 07 istəyir
Üçüncünü də istəyəndə balıq soruşur 3 dənə 07-ni neyniyirsən?
Balıqçı deyir: 3-nü də satıb MERCEDES alacam
Mamed bir gün evə gəlir görür ki, qayınları onlara qonaq gəlib. Yaltaqlanmaq üçün deyir oooo...ailənin bütün qaymaqları burada imiş ki. Qayınları deyir, hə düz deyirsən bircə qatıq çatmırdı o da gəlib çıxdı.
Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
- Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən!
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!
Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:
- Nə oldu oğlum, imtahan verə bildin?
Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:
- Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır
- Bax, düzünü de, ev tapşırığını kim eləyib?
- Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!
- Anatomiyadan imtahan suallarına cavab verirdik, müəllimə Səmədi sinifdən çıxartdı.
- Niyə?
- Şparqalkadan istifadə elədi?
- Necə?
- Öz qabırğalarını sayırdı ki, sayını yazsın!
Müəllimə tapşırıq verdi:
- Elə inşa yazın, ki, həmin inşada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri olsun.
- Atam ovda elə böyük quş ovlamışdı ki, biz onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri də yedik, sonra qurtardı.
Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
- Bir oğlan əlini qaldırır.
- Nəsə soruşmaq istəyirsən?
- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?
- Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
- Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…
Səhifə:1 2 3...43 44 45
IP: 54.161.3.96
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler