Mobil MP3 Müzik Indir

Baba,Pişik və Siçanlar

Biri vardı biri yoxdu, bir qoca Baba vardı. Baba kənddə, balaca evində tək yaşayır, darıxırdı. Babanın mehriban qonşuları vardı. Babanın toyuqları da vardı, amma baba onlarla danışanda yerdən soxulcan axtarırdılar, baba da hirslənir, çıxıb gedirdi. Axşam düşəndə Baba lap çox darıxırdı. Bir axşam qonşuda yaşayan nənə Babaya bir pişik hədiyyə gətirdi. Pişik Babanın xoşuna gəldi. - Onun adı Şirincikdir. Yaxşı pişikdir. Səni darıxmağa qoymaz! - Nənə dedi: - Salam Şirincik, necəsən? – Baba soruşdu. Baba Şirinciyi əlinə götürdü və birdən Şirincik yüngülcə onun əlini dişlədi. Babanın qıdığı gəldi, onu gülmək tutdu. O gündən Baba daha darıxmadı, bütün günü Şirinciklə danışırdı. Baba çox istəyirdi ki, bala pişik də danışsın. Hər gecə Baba Şirinciyə nağıl danışırdı. Bir gün Babanın gözlədiyi möcüzə baş verdi. O qəzet oxuyurdu. Birdən Şirincik qəzetdəki sehrbazı göstərib dedi: - Mən də bunun şalvarından istəyirəm. Baba sevindiyindən uçurdu. Şirinciyi qucaqladı: - Mütləq Şirincik, mütləq bu şalvardan sənə tikəcəyəm! Günlər, aylar keçir, Şirincik böyüyürdü. Özü də o qədər danışırdı, səsi hər yanı götürürdü. Hər səhər babanı yuxudan Şirincik oyadırdı. Baba da oyanıb görürdü ki, pişik balası əynində zolaqlı, enli şalvar onun üstündə gəzir, hərdən də saqqalını dartışdırır. Şirincik bu halda elə gülməli, elə şirin görünürdü ki… Bir səhər baba yuxudan oyanıb gördü ki, Şirinciyin səsi gəlmir. Çağırdı: - Şirincik ay Şirincik hardasan? Baba yorğan-döşəyin arasına, çəkmələrinin içinə baxdı ki, bəlkə Şirincik oralarda gizlənə. Mətbəxə, dəhlizə baxdı. Hinə qaçıb toyuqlardan soruşdu: - Şirinciyi görməmisiz? Səfeh toyuqlar cavab vermək əvəzinə qaqqıldaşdılar: - Qaqqqaqqaq, Qoca baba şalvarsız, alt paltarında bayıra çıxıb. Baba hirslə toyuqlara qışqırdı: - Şirincik itib, onu görmüsüz, yoxsa yox? - Qaqqqaqqaq, yox, buralara gəlməyib sənin Şirinciyin. “Toyuqlar heç vaxt adamı başa düşmür,”- deyə Baba deyindi. Bütün bunlar baş verəndə balaca Şirincik azmış və qorxmuş vəziyətdə çıxış yolu axtraırdı. Harda?.. Axı necə olmuşdu ki, Şirincik azmışdı? Həyətin yuxarısında bir anbar vardı. Anbar qapısı həmişə qıfıllı olardı. Şirincik maraqlanardı: “Görəsən o anbarda nə var? Bir gün baba yatanda dəcəl Şirincik qərara gəldi girsin anbara, yaxşı-yaxşı anbarı gəzsin. Anbarın deşiyindən baxıb gördü ki, orda maraqlı şeylər var. Qapı bağlı olduğundan bir deşik tapıb özünü zorla içəri saldı. Qaranlıqdan qorxmadığından tezliklə gözləri qaranlığa öyrəşdi. Şirincik bir az da irəli getdi. Bura bayırdan gün işiğı düşürdü. Şirincik ayağının altında nəyinsə tərpəndiyini hiss elədi. Şirincik bir də baxdı ki, böyük, tüklü bir şey düz onun qabağında dayanıb. Və bu tüklü canlı tərpənir. Şirincik qorxusundan arxaya hoppandı və düşdü dərin taxta yeşiyin içinə. Daha ordan çıxa bilmədi. Yeşiyin içindəki canlıya baxanda lap qorxdu. O böyük və qara idi. Qaranlıqda gözləri parıldayırdı. Hərdən də vahiməli səs çıxardırdı. - “Yəqin yeməyə mənim kimi balaca pişik axtarır.” - Şirincik qorxa-qorxa fikirləşdi. Nəfəsini çəkib dayandı. Nəhəng heyvan yeşiyin yanından çəkilmirdi. Şirinciyi ağlamaq tutdu. Bu vaxt səs eşitdi: - Şirincik, niyə ağlayırsan? Şirincik qorxa-qorxa soruşdu: - Kimsən? - Mənəm, siçanam! - Səndən başqa burda kim var? - Məndən başqa heç kim yoxdur! Həmişə məni qovurdun. İndi niyə məndən qorxursan? - Axı sən balacaydın. Birdən-birə niyə elə böyüdün? - Mən yenə balacayam. Qapının arasından işıq düşür, kölgəmi böyük görürsən. - Babanı çağıra bilərsən, məni burdan çıxartsın? - O siçan dilini bilmir, amma elə eləyərəm, gəlib səni tapar. Şirincik bir az sakitləşib gözlədi. Baba bütün evi axtardı. Paltarlarını geyindi. O artıq əməlli-başlı narahat olmuşdu. İstədi əvvəl həyəti, sonra küçəni axtarsın. Baba geyinməyə başlayanda corablarını və çəkmələrini tapmadı. Öz-özünə fikirləşdi ki, bəlkə Şirincik onunla gizlənpaç oynamaq qərarına gəlib? Çəkmələri də gizlədib, özü də gizlənib. Fikirli-fikirli bayıra çıxan Baba həyətdə çəkmələrini gördü. Çəkmələr evin qabağındaydılar, amma elə bil bağa tərəf gedən istiqamətdə qoyulmuşdular. Baba çəkmələrini geyinib bağa tərəf getdi burda isə o, öz corablarını gördü. Amma corablar yerə elə qoyulmuşdular ki, sanki anbara işarə edirdilər. Baba anbara tərəf gedəndə yolda siçanı gördü. Siçan anbar qapısının deşiyindən içəri keçdi. Siçan içəri girib Pişiyə dedi: -Bərkdən miyolda! Şirincik bərkdən miyoldadı. Baba onun səsini eşidib anbarı açdı və yeşiyin içərisindən dəcəl Şirinciyi çıxartdı. Sevimli pişiyini tapdığına çox sevindi: - Şirincik, burdasan?! Şirincik “Burdayam Baba, nə yaxşı gəldin!”- deyib Babanın qucağına tullandı. Qorxma, burdayam! - Baba gülümsəyib sevimli pişiyini bağrına basdı. Balaca Şirincik yavaş-yavaş özünə gəlirdi. Ora-bura qaçır, gizlənir, “Baba, gəl məni tap!”, deyə qışqırırdı”. Baba sevinirdi: - Çəkmələrim olmasaydı, səni tapmaq çətin olacaqdı. Çəkmələrim həyətə necə gedib çıxmışdı? - Balaca siçan mənə kömək eləmək üçün onları yola qoymuşdu. Həmin gündən baba siçanlarla da dostlaşdı. Tez-tez onları pendirə qonaq elədi. Baba daha darıxmırdı. Göydən üç alma düşdü. Almanın biri oldu Şirinciyin, biri Siçanların biri isə Qoca babanın. Müəllif: Gülzar İbrahimova Mənbə:sehrlidunya.com

Melumat

Melumat: Baba,Pişik və Siçanlar
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 88 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler