Mobil MP3 Müzik Indir

Sızanaq və qara nöqtələr üçün ərik maskası

Yay aylarında üzdə sızanaq və qara nöqtələrin sayı arta bilər. Bu halın qarşısını almaq üçün təqdim etdiyimiz ərik maskasını sınaqdan çıxarın. Tərkibi: 1 ədəd qırmızı alma 4 ədəd kal ərik Yarım stəkan su Hazırlanması: Almanın və əriyin qabıqlarını soyun. Hər ikisini kiçik bir qazana qoyub üzərinə suyu əlavə edin. Alma ilə ərik bişib püre halına gələnə kimi gözləyin. Daha sonra çəngəllə əzin. Maska soyuduqdan sonra təmiz dəriyə çəkib 20-30 dəqiqə saxlayın. İlıq su ilə təmizləyin. Krem çəkməyinizə ehtiyac yoxdur. Bu maska sızanaq və qara nöqtələrin qarşısını almaqla yanaşı, dərini hamarlaşdırıb daha cavan görünməyi təmin edir. Maskanı ayda 1 dəfə çəkmək kifayətdir. Mənbə:Publika.az

Melumat

Melumat: Sızanaq və qara nöqtələr üçün ərik maskası
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 91 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler