Mobil MP3 Müzik Indir

Günəş kremi D vitamini çatışmazlığına yol açır?

D vitamin ehtiyacımızı günəş sayəsində ödəyirik. Bəs günəş şüalarından qorunmaq üçün istifadə etdiyimiz kremi çəkəndə günəşdən faydalana bilirikmi? Türk dermatoloqları hesab edir ki, günəşdən qoruyan krem D vitaminin sintezinə kifayət edəcək qədər günəş şüasının dəriyə keçməsinə icazə verir. İlk növbədə sümük sağlamlığı üçün faydalı olan D vitamini immunitet sisteminin yaxşı çalışması, əzələ, dəri sağlığı və beyin inkişafında da mühüm rol oynayır. Günəşlənməklə gündəlik D vitamini ehtiyacının yüzdə 90-95%-i qarşılaya bilərik. Geri qalan miqdarını isə qida qaynaqlarından alırıq. Yay aylarında əllər, qollar və üzün həftədə 3 gün günorta saatlarında 15-30 dəqiqə günəş işığına məruz qalması gündəlik D vitamini ehtiyacını qarşılayır. Gün ortasında qısa müddət günəş altında qalmaqla da D vitamin sintezi edilə bilər. Günəşdən qoruyan bu kremlər heç bir dəri xərçənginə səbəb olmaz, bayıra çıxmadan yarım saat əvvəldən vurulmalı və bir neçə saatdan bir yenilənməlidir. Mənbə:Aile.lent.az

Melumat

Melumat: Günəş kremi D vitamini çatışmazlığına yol açır?
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 84 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler