Mobil MP3 Müzik Indir

Gənc qalmaq istəyənlər üçün MASAJ HƏRƏKƏTLƏRİ

Yaşlanma bütün qadınların birinci düşmənidir. Yaşlanmağa qarşı çıxa bilmək üçün edə biləcəyiniz sadə şeylərdən biri də masajlardır. Üz üçün tipik olan bu masajlar əzələləri oyandırır, qan axınını və dövranını dəstəkləyir. Üzün hər bölgəsi üçün 5, ya 10 dəfə edəcəyiniz bu hərəkətlərlə dərinizdəki qan dövranını artırıb daha sağlam görünüşə qovuşa bilərsiz. Üzdə qocalma prosesinin qarşısını alan masaj hərəkətlərini təqdim edirik. 1. Boynunuzdan çənənizə doğru ritmik hərəkətlərlə barmaqlarınızı sürüşdürün. Üzünüzə dərin toxunuşlarla təzyiq edin. 2. “Qayçı” hərəkəti adı verilən bu hərəkətlə çənənizi iki barmağın arasında sıxışdırın, barmaqlarınızı qulaqlarınıza doğru sıxaraq sürüşdürün. 3. Çənənizdən orta üz bölgəsinə doğru barmaq ucları ilə dərinizi gərginləşdirərək toxunun. Eyni toxunuşları dodaq ətrafından qulaqlara və burundan alın istiqamətində edin. 4. Göz ətrafında qan dövranını sürətləndirmək üçün göz kənarlarından gicgahlara doğru barmaqlarınızı dərinizə basaraq sürüşdürün. Hərəkəti 5-10 dəfə etdikdən sonra gözlərinizi bağlayın, ritmik barmaq toxunuşları ilə masaj edin. 5. Barmaq uclarını alnınızda üfüqi bir düzülüşdə sürüşdürün. İki əlinizlə alnınızın mərkəzindən yanlara doğru dərin bir təzyiq ilə qırışları əzərək masaj edin. Mənbə:Aile.lent.az

Melumat

Melumat: Gənc qalmaq istəyənlər üçün MASAJ HƏRƏKƏTLƏRİ
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 86 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler